azturkxeber.az
http://azturkxeber.az

Yasamal rayonunda vətəndaşlara hüquqi yardım göstərilib

17-07-2025

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis ilə Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib.

VK-nın mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Yasamal Rayon Heydər Əliyev Mərkəzində deputat Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilib.

“Pro Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031