azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə qanunsuz miqrasiya kanallarının onlarla təşkilatçısı saxlanılıb

17-07-2025

Türkiyədə qanunsuz miqrasiya kanallarının onlarla təşkilatçısı saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqal kanallarının təşkilində iştirak edən 32 nəfərin saxlanıldığı barədə məlumat verib.

Azturkxeber.az Türkiyə DİN-in sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir ki, saxlanılan şəxslər arasında 6 xarici ölkə vətəndaşı var.

Nazir qeyd edib: “Əməliyyatlar Türkiyənin bütün ərazisini əhatə edib. Saxlanılan şəxslər arasında 572 qanunsuz miqrant da var”.

Nazirliyin məlumatına görə, əməliyyatlarda hüquq-mühafizə orqanlarının 27 min 108 əməkdaşı iştirak edib. Onlar 8 minə yaxın ictimai yerdə, o cümlədən 446 nəqliyyat terminalında sənədlərin yoxlanılmasını həyata keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031