Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli oldu !
5–7 sentyabr 3x3 basketbol üzrə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək qadın millimizin qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Millimiz B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.