azturkxeber.az
http://azturkxeber.az

Britaniya “Pakistan Hava Yolları”na qoyduğu qadağanı beş ildən sonra ləğv edib

17-07-2025

Britaniya “Pakistan Hava Yolları”na qoyduğu qadağanı beş ildən sonra ləğv edib

Böyük Britaniya “Pakistan Hava Yolları”na hava məkanından istifadə etməyə qoyduğu qadağanı ləğv edib.

Bu qərarla Pakistanın milli aviadaşıyıcısı olan “Pakistan International Airlines” (PIA) beş ildən sonra yenidən Böyük Britaniyaya uçuşlar həyata keçirə biləcək.

Qadağa 2020-ci ildə Pakistanın aviasiya naziri ölkədəki pilotların təxminən üçdə birinin lisenziya imtahanlarında saxtakarlıq etdiyini etiraf etdikdən sonra tətbiq edilmişdi. Həmin ilin mayında Karaçidə baş verən və 97 nəfərin ölümünə səbəb olan təyyarə qəzası da pilot və dispetçer səhvi ilə əlaqələndirilmişdi. Böyük Britaniyanın İslamabaddakı səfirliyi bildirib ki, bu qərar Pakistanın aviasiya təhlükəsizliyi sahəsində apardığı islahatlara beynəlxalq səviyyədə verilən müsbət qiymətləndirmənin nəticəsidir. Bu ilin əvvəlində Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi də Pakistan aviaşirkətlərinə qoyduğu dörd illik qadağanı aradan qaldıraraq Avropaya uçuşlara yaşıl işıq yandırmışdı.

PIA qısa zamanda Böyük Britaniyaya uçuşları bərpa edəcəyini və ilk uçuşların İslamabaddan Mançesterə həyata keçiriləcəyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031