azturkxeber.az
http://azturkxeber.az

Brihttps://azertag.az/files/2025/2/1200x630/17527056452296655940_1200x630.jpegtaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb

17-07-2025

Britaniyada dörd deputat Leyboristlər Partiyasından uzaqlaşdırılıb

Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası partiya intizamını dəfələrlə pozduqlarına görə dörd deputatın partiya üzvlüyünü dayandırıb.

Neil Dunkan Cordan, Brayan Leyşman, Kris Hinçliff və Reyçel Maskell artıq partiyanın tərkibində olmayacaqlar və Parlamentin İcmalar Palatasında müstəqil deputat kimi çıxış edəcəklər. Bundan əlavə, daha üç deputat isə ticarət elçisi vəzifələrindən uzaqlaşdırılıblar.

Qərar bu ayın əvvəlində hökumətin sosial təminat islahatları qanun layihəsinə qarşı səs verən bu deputatlara cavab olaraq verilib. Ümumilikdə Leyboristlər Partiyasının 47 deputatı hökumətin sosial təminat xərclərində ixtisar planlarına qarşı çıxaraq bu layihənin zəiflədilməsinə səbəb olub. Bu isə Kir Starmerin mövqeyini sarsıdıb. O, son vaxtlar bir sıra siyasi qərarlarını dəyişmək məcburiyyətində qalıb. Məsələn, milyonlarla pensiyaçının qış yanacaq müavinəti yenidən bərpa edilib. Reyçel Maskell bu qanun layihəsinə qarşı kampaniyanın əsas təşkilatçılarından biri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031