azturkxeber.az
http://azturkxeber.az

Belçikada məşhur “Tomorrowland” festivalının keçiriləcəyi ərazidə güclü yanğın baş verib

17-07-2025

Belçikada məşhur “Tomorrowland” festivalının keçiriləcəyi ərazidə güclü yanğın baş verib

Belçikanın Boom şəhərində iyulun 18-də başlaması nəzərdə tutulan məşhur “Tomorrowland” festivalının ərazisində güclü yanğın baş verib.

Yanğın nəticəsində əsas səhnənin dörddəüç hissəsi yanıb.

Yanğınsöndürənlər alovun ətrafdakı çadırlara və bitki örtüyünə yayılmasının qarşısının alınması üçün fasiləsiz tədbirlər görürlər. Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Yanğına səhnədə sınaqlar zamanı atılan fişənglərin qığılcımlarının səbəb ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, “Tomorrowland” elektron musiqi festivalı hər il iyulun son iki həftəsonu keçirilir. Ötən il festivala 400 min tamaşaçı qatılmışdı. Builki festivalda Armin van Büren, Erik Pridz, Şarlotte De Uitte, Afrojack, Boris Brejcha, David Guetta, Robin Schulz və Deadmau5 kimi məşhur ifaçıların çıxışları planlaşdırılırdı.

Hazırda festivalın keçirilib-keçirilməyəcəyi məlum deyil. Təşkilatçılar “Tomorrowland”ın ləğv edilməsi barədə yayılan saxta məlumatlar barədə xəbərdarlıq edib və bu məlumatların doğru olmadığını bildiriblər.

Festivalda çıxış etməli olan tanınmış DJ-lər yanğınla bağlı paylaşımlar edib, “Tomorrowland”ın baş tutacağına ümidvar olduqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031