azturkxeber.az
http://azturkxeber.az

Bakı Limanının “ROBOPORT” proqramını uğurla bitirən şagirdlərə sertifikat verildi

17-07-2025

"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşkil etdiyi “ROBOPORT” adlı robototexnika, kodlama və STEAM kursunun ikinci qrup məzunları proqramı uğurla başa vurublar.

Ələt qəsəbəsinin məktəbliləri üçün keçirilən bu kursda ümumilikdə 22 nəfərdən ibarət iki qrup iştirak edib və təlimi uğurla tamamlayıb.

“Gələcəyin mühəndisləri burada yetişir” şüarı ilə keçirilən “ROBOPORT” proqramında məqsəd uşaqlara erkən yaşlardan texnologiya və kodlaşdırma sahəsində əsas bilikləri öyrətməkdir.

Tədbirdə texnologiyanın bugünkü dövrdə mühüm rol oynadığı, kursda qazanılan biliklərin real həyatda tətbiqinin vacibliyi bildirilib.

Sonda “ROBOPORT” proqramını uğurla tamamlayan şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, STEAM kursları müxtəlif fənləri inteqrasiya edərək, nəzəriyyə ilə praktikanı birləşdirərək şagirdlərə real həyat problemlərini həll etmə bacarığı qazandırır. Bu kurslarda uşaqlar yalnız faktları öyrənmir, həm də analiz edir, suallar verir və fərqli yollarla düşünməyi öyrənirlər. Bu onların innovativ və yaradıcı fərdlər kimi yetişməsinə kömək edir. STEAM kursları qrup şəklində təşkil edilərək şagirdlərə əməkdaşlıq etməyi, fikirlərini düzgün ifadə etməyi və liderlik bacarıqlarını inkişaf etdirməyi öyrədir, şagirdlər öz layihələrini qurur, təqdim edir və uğur qazandıqca özünə inamları artır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031