azturkxeber.az
http://azturkxeber.az

Babəkdə toxmacarlıq sahələrində payız əkin mövsümü üçün torpaq hazırlıq işlərinə başlanıb

17-07-2025

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Babək rayonunun Xətai tingçilik sahəsində payız əkin mövsümünə hazırlıq məqsədilə şumlama və digər zəruri aqrotexniki qulluq tədbirlərinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırlıq işləri ümumilikdə 2 hektar sahəni əhatə edib, 0,3 hektar sahədə şumlama işləri aparılıb.

Şumlama işləri torpağın strukturunun və münbitliyinin yaxşılaşdırılması, suyun səmərəli sorulması və havalanmanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Torpaq hazırlığı başa çatdıqdan sonra əkin üçün torpaq-iqlim şəraitinə uyğun toxumlar əkiləcək. Əkilmiş toxumlar yetişdirildikdən sonra ting halında əkin dövriyyəsinə buraxılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031