azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir

17-07-2025

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir

Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilir.

Komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.

İclasda iki ölkə arasında ticarət-iqtisadi, energetika, investisiya, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031