azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Mərkəzi Bankı ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

17-07-2025

17 iyul 2025-ci il, Bakı: Azərbaycan Mərkəzi Bankı ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub. Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq.
Anlaşma Memorandumu qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, qurumlar arasında davamlı dialoqun möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi hər iki ölkənin tənzimləyici təcrübəsinin təkmilləşdirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031