azturkxeber.az
http://azturkxeber.az

“Vaqif Poeziya Günləri” Gəncədə davam etdi

16-07-2025

15 iyul tarixində “Vaqif Poeziya Günləri” öz poetik yolunu qədim Gəncə şəhərində davam etdirdi. Qazaxdan başlanan poeziya marafonu Gəncənin zəngin mədəni mühitində yeni nəfəs aldı və söz sevərləri bir araya gətirdi.

Günün ilk yarısında şəhərin ədəbiyyat həvəskarları üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olundu. Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan ruhuna toxunan sehrindən söz açdılar. İştirakçılar poeziyanın yalnız yazılı misralardan ibarət deyil, zaman və məkan arasında körpü salan mənəvi dəyər olduğunu bir daha hiss etdilər.

Günün ikinci yarısında isə Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə təşkil olunmuş konsert proqramı poeziya bayramına xüsusi rəng qatdı, musiqi və söz harmoniyasını bir araya gətirdi.

“Vaqif Poeziya Günləri” Gəncədə bir daha sübut etdi ki, poeziya insan ruhunun ən saf və dərin ifadəsidir. Tədbir Gəncənin mədəni həyatında poeziyanın tutduğu əhəmiyyətli yeri bir daha vurğuladı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031