azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

16-07-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Konstitusiyanın otuzillik yubileyinə həsr olunmuş “Konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi yolu ilə konstitusiyanın aliliyinin təmin edilməsində müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxışı zamanı Müvəkkil Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikası Konstitusiyasının milli hüquq sistemimizin əsasını təşkil etdiyini, müasir dövlətçiliyin, hüquqi və demokratik cəmiyyətin formalaşması üçün möhkəm və etibarlı təməl yaratdığını bildirib.

Ombudsman Konstitusiyanın qəbul edilməsi ilə hüququn aliliyi prinsipi əsasında yeni hüquqi islahatların təməlinin qoyulduğunu, məhkəmə sisteminin modernləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi üçün müasir hüquqi mexanizmlərin formalaşdırıldığını qeyd edib.

Səbinə Əliyeva Konstitusiya Qanununa əsasən təsis edilmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının ötən müddət ərzində insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində fəaliyyət göstərən mühüm institusional mexanizmə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, Ombudsman təsisatı həm məhkəmədənkənar hüquq müdafiə mexanizmi, həm də müstəqil milli insan hüquqları institutu kimi uğurla fəaliyyət göstərir və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib.

Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququna malik olduğunu diqqətə çatdıran Ombudsman qeyd edib ki, ünvanlanmış sorğulara Konstitusiya Məhkəməsi tərəfindən baxılaraq aidiyyəti qərar və qərardadlar qəbul edilməsi ölkəmizdə normativ hüquqi bazanın davamlı olaraq təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyət kimi qiymətləndirilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031