“Hər qayıdış bir dirçəlişdir”
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Zəngilan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışının 3 ilinə həsr olunmuş “Hər qayıdış bir dirçəlişdir” maarifləndirmə tədbiri keçirilir.
Tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, köç prosesi, məşğulluq imkanları, mina təhlükəsi, keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi, eləcə də digər hüquqi məsələlər barədə ətraflı məlumat veriləcək.