Fövqəladə hallar naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 18-də Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Gədəbəy və Şəmkir rayon sakinlərinin müraciətlərini dinləyəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 17-də Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.