azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ-dən növbəti xüsusi əməliyyat: 67 kq narkotik vasitə aşkarlandı

16-07-2025

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizəsi fasiləsiz davam etdirilir. Bu məqsədlə Sumqayıt şəhərində keçirilən sonuncu əməliyyat zamanı narkoşəbəkənin qabaqcadan əlbir olan daha iki üzvü İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıblar. Onların idarə etdikləri avtomobildən 67 kiloqram 290 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən İ.Əliyev və E.Hüseynov narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdıqları yerdən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Əliyev və E.Hüseynovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031