Daha bir itkin-şəhidin dəfn mərasimi olacaq
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha bir nəfər itkin-şəhidin dəfn mərasiminə dair məlumat yayıb.
Dövlət Komissiyasından bildirilib ki, iyulun 18-də Məzahir Xalıq oğlu Kərimov Xaçmaz rayonu, Usta Cəlilli kənd qəbiristanlığında dəfn ediləcək.