azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: Yolda etinasızlıq ağır fəsadlara yol aça bilər!

16-07-2025

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.

Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.

Qanuna əsasən sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.

Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031