azturkxeber.az
http://azturkxeber.az

Xaçmaz şahmatçıları regional turnirin qalibi olub

15-07-2025

Azərbaycan Şahmat Federasiyası tərəfindən Xaçmazda keçirilən regional şahmat turnirinin qalibləri mükafatlandırılıb.

20 İyul – Beynəlxalq Şahmat Gününə həsr olunan turnirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon məktəblilərindən ibarət komandalar mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, komandalar arasında Xaçmaz I yeri, Quba II yeri, Şabran isə III yeri qazanıb.

Mükafatlandırma mərasimində Azərbaycan Şahmat Federasiyasının Qadın və Sosial Komissiyasının sədri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək, ölkəmizdə şahmata, həmçinin digər idman növlərinə göstərilən dövlət qayğısından danışıb, qalibləri təbrik ediblər.

Qaliblərə diplom, medal və kuboklar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031