azturkxeber.az
http://azturkxeber.az

Toral Bayramov: Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir

15-07-2025

Toral Bayramov: Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir

Yeni mövsüm üçün hazırlığımız yaxşı səviyyədə keçir. Bakıdan sonra indi də Avstriyada hamı canla-başla çalışır, verilən tapşırıqları yerinə yetirir. Komanda şəklində çatışmayan cəhətlərin üzərində işləyirik.

Bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, komanda yeni mövsüm üçün daha yaxşı forma yığmağa çalışır: “Düşünürəm ki, bizim üçün çox faydalı təlim-məşq toplanışı keçir. Bakıda bir, Avstriyada üç yoxlama oyunu keçirmişik. Bu gün isə son yoxlama matçında “Zalsburq”la qarşılaşacağıq. Fikrimcə, pis təsir bağışlamamışıq. Həm taktiki, həm də fiziki durumumuzu optimal səviyyəyə çatdırmağa çalışırıq. Rəsmi oyunlara qədər tam hazır olmaq istəyirik”.

Toral bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxış etməyə çalışacaqlarını vurğulayıb: “Çempionlar Liqasında ilk matçımıza təxminən bir həftə vaxtımız qalıb. Turnirə tam hazır olmaq üçün bütün gücümüzlə hazırlaşırıq. Rəqibin kimliyindən asılı olmayaraq, meydana hər zaman qələbə üçün çıxırıq. Bunu reallaşdırmaq istəyiriksə optimal formada olmalıyıq. Çempionlar Liqasında əsas hədəf Liqa mərhələsinə yüksəlməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu mövsüm hər şey yaxşı olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031