azturkxeber.az
http://azturkxeber.az

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

15-07-2025

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 36-40, dağlarda gecə 11-16, gündüz 28-33 dərəcə isti olacağı ehtimal edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031