azturkxeber.az
http://azturkxeber.az

Ölkəmiz Avstraliyada keçirilən Multikultural Festivalda təmsil olunub

15-07-2025

Avstraliya İttifaqının Brisben şəhərində keçirilən Multikultural Festivalda Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, orta məktəbdə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Avstraliya, Misir, Hindistan, Əfqanıstan, Afrika, Filippin, Vyetnam, Çin, Yaponiya, Kamboca, Koreya Respublikası, Yeni Zelandiya və başqa ölkələr öz milli mədəniyyətlərini əks etdirən xüsusi guşələr yaradıblar.

Festival çərçivəsində müxtəlif xalqlara məxsus rəqslər, oyunlar nümayiş olunub, eləcə də fotostendlər vasitəsilə ölkələrin adət-ənənələri və mədəni irsi haqqında iştirakçılara məlumat verilib.

Azərbaycan guşəsi “Kvinslenddə Azərbaycanın Milli Assosiasiyası”nın vitse-prezidenti Aytən Məmmədova və həyat yoldaşı Con Millettin təşkilatçılığı ilə yaradılıb. Guşədə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və mətbəxini əks etdirən milli geyimlər, suvenirlər və digər mədəni nümunələr sərgilənib.

Festival iştirakçıları Azərbaycan guşəsinə böyük maraq göstəriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031