azturkxeber.az
http://azturkxeber.az

Mərakeş qabaqcıl zirehli texnika istehsal etməyə hazırlaşır

15-07-2025

Mərakeş qabaqcıl zirehli texnika istehsal etməyə hazırlaşır

Mərakeşdə “WhAP 8x8” qabaqcıl yerüstü döyüş zirehli maşınlarının yerli istehsalına yönəlmiş irimiqyaslı hərbi-sənaye layihəsinin başlanması üçün praktiki hazırlıqlara başlanılıb.

Layihə Berrəşid bələdiyyəsində “TATA Advanced Systems Maroc (TASM)” adı altında yaradılacaq sənaye obyektinin ərazisində həyata keçiriləcək.

İddialı hərbi layihə çərçivəsində cəmi 400 ədəd “WhAP 8x8” zirehli maşın istehsal olunacaq, onlardan 150-si bir neçə döyüş konfiqurasiyası və rolunda Mərakeş Kral Silahlı Qüvvələrinə veriləcək.

Zavod işə salındıqda, istehsalın inteqrasiya səviyyəsi 35 faiz təşkil edəcək və tədricən 50 faizə yüksələcək. Tikinti işlərinin maksimum 36 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Zavod ildə 100 zirehli maşın istehsal edə biləcək, burada 90-a yaxın daimi və 250 dolayı iş yeri yaradacaq. “Akhbarona” yazır ki, bu addımı milli hərbi istehsal sektorunda keyfiyyət sıçrayışı adlandırmaq olar.

Layihə Mərakeş üçün müdafiə sənayesində yeni strateji üfüqlər açır, həmçinin gələcək çağırışlarla üzləşmək üçün texnoloji və hərbi müstəqilliyə arxalanan regional aktor kimi ölkənin mövqeyini gücləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031