azturkxeber.az
http://azturkxeber.az

Çinli jurnalist: Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var

15-07-2025

Çinli jurnalist: Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var

Azərbaycanın çinli turistlərə təklif edəcəyi çox şey var.

Bu sözləri açıqlamasında Çin Media Qrupuna aid olan CGTN kanalının tanınmış jurnalisti Van Quan iki ölkə arasında vizasız səyahət rejimini qüvvəyə minməsini şərh edərkən deyib.

“Mən özüm sizin ölkənizə səfər etməkdən həzz aldım. İki il bundan əvvəl Bakıda olmuşam və Prezidentinizdən müsahibə almışam. Yeri gəlmişkən, bu, əla müsahibə idi və mən sizin Prezidentinizin fikirlərindən, həmçinin Bakı şəhərinin gözəlliyindən çox təsirləndim. Bu, bağlar şəhəridir, Formula-1 şəhəridir və əlavə edərdim ki, bu, dünyada indiyə qədər daddığım ən yaxşı kababların şəhəridir”, - deyən çinli jurnalist Bakıya, Azərbaycana daha çox çinlinin, Çinə isə daha çox azərbaycanlının gəlməli olduğunu bildirib.

Qeyd edək ki, apreldə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. İyulun 16-da qüvvəyə minəcək sənədə əsasən, iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları 30 gün müddətinə viza tələbindən azad edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031