azturkxeber.az
http://azturkxeber.az

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

15-07-2025

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

Azərbaycanda qiymətli və xammal metalı yataqlarının işlənib hazırlanması ilə məşğul olan “Anglo Asian Mining PLC” (AAM) şirkəti cari ilin birinci yarımili üzrə hesabatını açıqlayıb.

Birinci yarımil üzrə ölkədə ümumi qızıl hasilatı 12,115 unsiya təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin birinci yarısı: 4,704 unsiya) 2,6 dəfə artım deməkdir.

Hesabata əsasən, ikinci rüb ərzində şirkət 8,293 unsiya qızıl istehsal edib və xalis borcunu daha da azaldaraq nağd pul vəsaitlərinin artımını davam etdirib. Qeyd olunan dövrdə 6,086 unsiya qızıl hasilatı olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (2024-cü ilin II rübü: 2,438 unsiya) 2,5 dəfə çoxdur.

Qeyd edək ki, “Anglo Asian Mining PLC” Azərbaycanda yüksəkkeyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır. Şirkət ötən il ölkədə 16,760 unsiya qızıl hasil edib. Ətraf mühitlə bağlı məhdudiyyətlər səbəbindən hasilat 2024-cü ildə ciddi şəkildə azalmasına baxmayaraq, ilin sonuna qədər hasilat tamamilə bərpa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031