azturkxeber.az
http://azturkxeber.az

Qadınlarda peşmanlıq hissinə təsir edən molekulyar mexanizm aşkarlanıb - TƏDQİQAT

14-07-2025

Qadınlarda peşmanlıq hissinə təsir edən molekulyar mexanizm aşkarlanıb - TƏDQİQAT

Aikan Tibb Məktəbində (ABŞ) aparılan yeni tədqiqat qadın beynində peşmanlıq hissinin və qərar dəyişmə davranışının neyrobioloji əsaslarını ortaya çıxarıb.

“Science Advances” jurnalında dərc olunan araşdırma kodlaşdırılmayan RNT (LINC00473) adlı molekulun qadınlarda stresə qarşı davamlılıq və qərar qəbuletmə proseslərinə təsir etdiyini göstərir. Prefrontal korteksdə LINC00473-ün artırılması, dişi laboratoriya heyvanlarında erkəklərdən fərqli olaraq, əvvəlki qərarlardan doğan peşmanlığa cavab kimi qərardəyişmə davranışını gücləndirir. Bu, qadın beynində neqativ düşüncə və buraxılmış fürsətlərə qarşı həssaslıq kimi depressiya ilə əlaqəli faktorların molekulyar əsasını aydınlaşdırmağa yardım edir.

Tədqiqatın müəlliflərindən Romen Duran bildirib ki, keçmiş seçimlərin yenidən qiymətləndirilməsi ilə bağlı qərarların kişi və qadın beyinlərində fərqli sinir dövrələri vasitəsilə emal edilməsi psixi sağlamlıqla əlaqəli ola bilər. Bu tapıntılar depressiyanın qadınlarda niyə daha çox rast gəlinməsinə dair yeni anlayışlar təqdim etməklə yanaşı, potensial terapevtik hədəflər də müəyyənləşdirir. Tədqiqat yeni dərman vasitələrinin hazırlanmasında istiqamətverici ola bilər.

Tədqiqatın həmmüəllifi Brian Sveis qeyd edib ki, işin maraqlı tərəfi depressiyanın qadınlarda daha yüksək yayılma səbəblərini və neqativ düşüncə ilə əlaqəli simptomların beyində necə formalaşdığını anlamaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031