azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın “RAI 1” kanalı “ASAN xidmət”in fəaliyyətini işıqlandırıb

14-07-2025

İtaliyanın məşhur “RAI 1” kanalı Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı sujet yayımlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, jurnalist Barbara Karfanya tərəfindən hazırlanan materialda agentliyin və “ASAN xidmət”in fəaliyyətinə də xüsusi yer ayrılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovativ texnologiyalar nəticəsində vətəndaş məmnunluğunun əldə olunması istiqamətində uğurlu nəticələr var. Vurğulanıb ki, dövlət orqanları ilə vətəndaşlar arasında əsas görüş yerinə çevrilən mərkəzlərdə 400-dən çox xidmət göstərilir və bu əsl gələcəyə baxışdır.

Həmçinin “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və bu modelin dövlət idarəçiliyində innovasiyalar axtaran ölkələr üçün nümunə olduğu ifadə olunur.

Sujetdə müasir innovativ texnologiyaların tətbiqi istiqamətində Səyyar ASAN xidmətin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə məlumat verilir. Həmçinin vətəndaşlara xidmət sahəsində ASAN könüllülərinin reallaşdırdığı təşəbbüslərdən də söz açılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031