azturkxeber.az
http://azturkxeber.az

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

13-07-2025

Tramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən Bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: "Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam".

Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib.

Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. "Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla uzaq məsafədən vura bildi. Əgər bunu etməsəydi, vəziyyət daha da pis olardı", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031