azturkxeber.az
http://azturkxeber.az

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

13-07-2025

Maka Boçorişvili: Azərbaycan, Türkiyə və Gürcüstan regionun inkişafında mühüm rol oynayırlar

Regionun tranzit potensialının inkişafında Azərbaycan, Türkiyə və Gürcüstan mühüm rol oynayırlar. Bu üç strateji tərəfdaş ölkələr olmadan regionun tranzit potensialından danışmağa dəyməz.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Dubrovnik 2025” Forumunda panel müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, üç ölkə energetika və nəqliyyat sahələrində çox mühüm layihələr həyata keçirirlər. Bu bir daha sübut edir ki, ölkələrimiz arasında mükəmməl əməkdaşlıq və strateji tərəfdaşlıq mövcuddur.

Gürcüstan XİN rəhbəri deyib: “Əməkdaşlığımız bununla məhdudlaşmır. Bizim böyük potensialımız var, Mərkəzi Asiya və Şərq ölkələri ilə birgə yalnız Avropa üçün deyil, regionun özü üçün də çox vacib olan Orta Dəhlizin təşviqi üzərində iş aparırıq. Düşünürəm ki, digər tərəfdaş ölkələr bu işdə bizi dəstəkləməlidirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031