azturkxeber.az
http://azturkxeber.az

Gəncə Dövlət Milli Dram Teatrı “Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı”nda iştirak edib

13-07-2025

Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan teatr tarixində ilk dəfə olaraq, Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı ilə birgə tamaşa hazırlayıb.

Nodar Dumbadzenin "Kukaraça" əsərinin motivləri əsasında gürcü və Azərbaycan dillərində səhnələşdirilən tamaşa iyulun 12-də Azərbaycan və Gürcüstan aktyorlarının iştirakı ilə nümayiş etdirilib.

Tamaşanın quruluşçu rejissoru Ozurgeti Dövlət Dram Teatrının bədii rəhbəri və direktoru Vasil Çiqoqidze, layihənin rəhbəri Azərbaycan Akademik Musiqili Teatrın direktoru Aqil Bəhramlı, koordinatoru və tamaşanın rejissoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, Avrasiya Teatrlar Birliyinin qurucularından olan Yusif Cəfərovdur.

Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı iyulun 5-dən 15-dək gerçəkləşən "Beşinci Nodar Dumbadze Beynəlxalq Teatr Festivalı"na dəvət olunub. Teatrın kollektivi festivalda məhz "Kukaraça" tamaşası ilə təmsil olunub.

Tamaşanı yerli özünüidarəetmə orqanlarının nümayəndələri, Gürcüstanın Gəncə şəhərindəki Baş konsulluğun nümayəndələri, Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov, həmçinin ölkədə akkreditə olan diplomatik korpus nümayəndələri, eləcə də gürcü və Azərbaycan icmalarının üzvləri, mədəniyyət və incəsənət xadimləri izləyiblər.

Baş konsul F.Əzizov tamaşanı səhnələşdirən təşkilatçılara və aktyor heyətinə təşəkkür edib. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında mədəni əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031