azturkxeber.az
http://azturkxeber.az

Zaqatalada 2 yaşlı uşaq çaya düşərək boğulub

12-07-2025

Zaqatalanın Tala çayında azyaşlı qız uşağı boğulub.

Hadisə rayonun Meşleş kəndinə yaxın ərazidə, ailəsi ilə istirahətə gedən Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov çayın dağlara yaxın hissəsində olarkən baş verib. Belə ki, 2 yaşlı Səfiyyə valideynlərinin diqqətindən yayınaraq suya düşüb və gur sulu Tala çayının axınında itib.

Uşaq çay axarından bir qədər uzaqda tapılıb. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının həkimləri tərəfindən müayinə zamanı uşaqda heç bir həyat əlaməti olmayıb.

Yaxınlarının təkidi ilə azyaşlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və bütün tibbi müdaxilələr həyata keçirilib. Lakin xəstəxanaya kimi ölüm faktı təsdiqini tapıb.

Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən də münasibət bildirilib. “Saat 17:05 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (qadın cinsi) suda boğulma səbəbilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

Şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Ailə üzvlərinin təkidi ilə azyaşlıya reanimasiya tədbirləri icra edilsə də, ölüm faktı təsdiqlənib”, - deyə bildirilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031