azturkxeber.az
http://azturkxeber.az

UNESCO Bavariya Kralı II Ludviqin məşhur Noyşvanştayn və daha üç sarayını Dünya Mədəni İrs Siyahısına daxil edib

12-07-2025

Bavariya Kralı II Ludviqin (1845-1886) dörd möhtəşəm sarayı – Noyşvanstayn, Herrenkimzi, Linderhof sarayları və Yuxarı Bavariyada yerləşən Şaxen dağ sarayı UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

Bu barədə UNESCO-nun Parisdə keçirilən sessiyasında qərar qəbul olunub.

Füsunkar təbiət mənzərələri ilə əhatə olunan bu saraylar təxminən 140 ildir turistləri cəlb edir. Bu saraylar ötən il 1,7 milyondan çox ziyarətçini qəbul edib. Həmin turistlərin böyük əksəriyyəti əcnəbilər olub.

Alp dağlarının qoynunda Orta Əsrlər memarlığına uyğun olaraq inşa edilən Noyşvanştayn sarayı II Lüdviqin german mifologiyasına və Vaqner musiqisinə heyranlığını daş və mərmərlə nağılvari abidəyə çevirib. Herrenkimzi sarayı isə Versal sarayının ehtişamını Bavariyada yaşatmaq üçün düşünülmüş, zəngin salonları və simmetrik bağları ilə barokko dövrünə aid möhtəşəm memarlıq incisidir. İnşası 1874-cü ildə tamamlanmış Linderhof sarayı rokoko üslubunun zərifliyi ilə kralın daxili dünyasını əks etdirən şəxsi sığınacaq kimi xidmət edib. Dəniz səviyyəsindən 1870 metr hündürlükdə tikilən Şaxsen dağ sarayı sadə memarlığı ilə yanaşı, Şərq naxışları və rəngarəng interyeri ilə məşhurdur.

Bavariyada bu memarlıq incilərinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün 25 ildir iş aparılıb. İndiyədək Almaniyadan 54 obyekt UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031