azturkxeber.az
http://azturkxeber.az

"Qarabağ" növbəti transferini həyata keçirib

12-07-2025

"Qarabağ" növbəti transferini həyata keçirib

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.

Klubdan verilən məlumata görə, Portuqaliyanın “Mafra” komandası ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Kot d'İvuardan olan 25 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031