Marneulidə soydaşlarımıza təmənnasız hüquqi yardım göstərilir
Marneulidə vətəndaşlara təmənnasız hüquqi yardım davam etdirilir.
Marneulidəki "Azərbaycan Evi" və "Qanun" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, soydaşlarımıza pulsuz hüquqi yardım davam edir.
Əldə olunan razılaşmaya əsasən "Azərbaycan Evi"ndə, adıçəkilən mərkəzin rəhbəri vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov əvvəlcədən qeydiyyatdan keçmiş hüquqi problemləri olan Marneuli sakinləri ilə görüş keçirilər.
Artıq on dördüncü dəfə təşkil olunan görüşdə vətəndaşların problemləri dinlənilib.
Vətəndaşların problemlərinin (ədliyyə evinə müəyyən hüquqi prosedurların təmini, ailə və məişət zorakılığı, məhkəmə proseslərinin tezləşdirilməsi, mülkiyyət, torpaq məsələləri, qanunsuz cərimələrin silinməsi və. s) həlli ilə bağlı lazımi ərizələr yazılıb dövlət qurumlarına, Gürcüstan Prezidentinə, Baş Prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib.
Qəbul davam edir, vətəndaşlar bu xidmətdən yararlanmaq üçün +995 599 10 96 90 telefon nömrəsinə zəng edib, qeydiyyatdan keçə bilərlər.