azturkxeber.az
http://azturkxeber.az

Laçında ceyran balasına süd verərkən görüntülənib

12-07-2025

Laçında ceyran balasına süd verərkən görüntülənib

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın həm də zəngin flora və faunaya malikdir. Dağlarında marallar, ceyranlar gəzən Laçının təbiət qoynunda bu dəfə ceyran və balasının görüntüləri marağa səbəb olub.

Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və məməlilər sinfinə daxil olan bir çox heyvana rast gəlinir. Bu dəfə isə Laçın dağlarında balasına süd verən ceyranın görüntüləri diqqət çəkib. Kadrlar Laçın rayonu Ərikli kəndi ərazisində qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031