azturkxeber.az
http://azturkxeber.az

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin e-qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mobil tətbiqin həmin funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə e-qaydada artıq 49 min əmək müqaviləsi imzalanıb.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar bu müqavilələri elektron qaydada (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) imzalaya bilirlər.

Tətbiq edilən yeni funksiya əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031