azturkxeber.az
http://azturkxeber.az

"Azərişıq" ASC-nin keçirdiyi müsabiqənin nəticələri açıqlanıb

12-07-2025

İyulun 11-də "Azərişıq" ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkil etdiyi, "Azərişıq" ASC-nin 10 illik yubileyinə həsr olunan "İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda müsabiqənin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə "Azərişıq" ASC-nin sədrinin köməkçisi Xalid Təhməzov Bildirib ki, 2015-ci il 10 fevral tarixindən, yəni qurum yarandığı gündən etibarən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkənin bütün regionlarında elektrik şəbəkələri yenilənir, əsaslı təmir-bərpa işləri həyata keçirilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra qısa vaxt ərzində həmin ərazilərdə strateji obyektlərin işıqlandırılması üçün "Azərişıq" ASC işlərə start verib. Nəticədə azad olunduqdan 1 ay sonra Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Bildirib ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində belə müsabiqələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Sonda mükafatlandırma mərasimi keçirilib. Qalib jurnalistlərə hədiyyələr təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031