azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib

12-07-2025

Çinin Nankay Universitetinin Cou Enlay İdarəetmə Məktəbinin təşkil etdiyi “Çin hökumətinin inkişafı” yay məktəbi başa çatıb.

Azturkxever.az AZƏRTAC-a istinadən xəbər verir ki, siyasi və dövlət idarəçiliyi elmləri, beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan magistrant və doktorantların, tədqiqatçıların iştirak etdikləri yay məktəbi 2012-ci ildən bəri davamlı təşkil olunur. “Süni intellekt dövründə hökumətin inkişafı və çağırışlar” mövzusunda təşkil edilən builki yay məktəbində iştirak üçün Çin universitetlərində təhsil alan 489 nəfər müraciət edib. Sevindirici haldır ki, Yanşan Universitetinin doktorantı Sadiq Qaçayev yeganə əcnəbi olaraq yay məktəbində iştirak hüququ qazanıb.

Yay məktəbində Çinin Tsinqhua, Pekin, Renmin, Fudan, Nankay, Çin Siyasi Elmlər və Hüquq universitetlərindən nüfuzlu alimlər müxtəlif mövzularda mühazirələr oxuyublar. İştirakçılar Tiencin şəhəri Süni İntellektlə İdarəetmə Mərkəzi, Tiencin Ağıllı Avtomobil Şəbəkəsi Nümayişi Mərkəzi və müxtəlif sərgi salonlarına gedərək təcrübə mübadiləsi aparıblar.

Məktəbin bağlanış mərasimində çıxış edən Sadiq Qaçayev Çində magistratura və doktorantura təhsili aldığı illərdə bilik və təcrübəsini ölkələrimizin dostluğunun möhkəmlənməsinə, Çində Azərbaycanın, Azərbaycanda isə Çinin daha çox tanınmasına töhfə vermək üçün sərf etdiyini deyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031