azturkxeber.az
http://azturkxeber.az

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

12-07-2025

Almaniya hökuməti sualtı qayıqlar istehsalı şirkətində təhlükəsizlik maraqlarını gücləndirmək niyyətindədir

Almaniya hökuməti sənaye nəhəngi “Thyssen-Krupp”un sualtı qayıqlar və freqatlar istehsal edən törəmə şirkəti “Thyssen-Krupp Marine Systems”in (TKMS) birjaya çıxması planı çərçivəsində təhlükəsizlik maraqları ilə əlaqədar müəyyən təsir imkanlarını özündə saxlamaq istəyir.

“Thyssen-Krupp”un avqustun 8-də keçiriləcək fövqəladə yığıncağında TKMS-in ayrılması barədə qərarın qəbulu gözlənilir. Bu istiqamətdə hökumətlə TKMS arasında əsas məqamlar razılaşdırılıb. Almaniya hökumətinə təhlükəsizliklə bağlı sahələrdə veto və ilkin satınalma (vorkaufsrecht) hüququ veriləcək. Eyni zamanda, hökumət TKMS-in 10 nəfərlik nəzarət şurasına bir üzvün namizədliyini irəli sürmək səlahiyyətinə malik olacaq.

Yeni razılaşma 2024-cü ilin dekabrında qəbul edilmiş Milli Təhlükəsizlik və Müdafiə Sənayesi Strategiyasına əsaslanır və təhlükəsizliklə bağlı istehsal, tədqiqat və inkişaf imkanlarının Almaniyada saxlanmasının təmin olunması məqsədinə xidmət edir. TKMS-in baş ofisinin azı 10 il ərzində Almaniyada saxlanması razılaşdırılıb. Hökumət əlavə sifarişlərlə TKMS üçün kifayət qədər iş həcmi təmin edərsə, bu müddət avtomatik uzadılacaq. Təhlükəsizliklə bağlı yekun razılaşmanın 2025-ci ilin sentyabrınadək imzalanması nəzərdə tutulur.

“Thyssen-Krupp” TKMS-in birja siyahısına salınmasını 2025-ci il ərzində həyata keçirmək və bu zaman 49 faiz paydan imtina etmək niyyətindədir. Bu pay konsernin səhmdarları arasında bölüşdürüləcək. Artıq potensial investorlarla danışıqlara başlanıb.

Dünyada artan hərbi sifarişlər fonunda TKMS-in gəlirlərində əhəmiyyətli artım müşahidə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031