azturkxeber.az
http://azturkxeber.az

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

12-07-2025

ABŞ məhkəməsi Prezidentin doğum hüququ əsasında vətəndaşlığı qadağan edən fərmanını bloklayıb

Nyu-Hempşir ştatının federal məhkəməsi Prezident Donald Trampın ölkə ərazisində anadan olan əcnəbilərin ABŞ vətəndaşlığı almaq hüququnu məhdudlaşdıran fərmanının icrasını bloklayan qərar çıxarıb. Qərar, fərmanı qanunsuz hesab edən Amerika Vətəndaş Azadlıqları İttifaqının iddiası əsasında verilib.

Nyu-Hempşir ştatının hakimi Cozef Laplant Ali Məhkəmənin təqdim etdiyi fürsətdən istifadə edib: söhbət kollektiv məhkəmə iddialarının verilməsindən gedir. Bu, ABŞ-da yayılmış hüquqi alətdir. Onun vasitəsilə mübahisəli aktdan təsirləndiyini hesab edən hər bir şəxs məhkəmə prosesinə qoşula bilər.

Bəzi hesablamalara görə, Donald Trampın fərmanı icra ediləcəyi təqdirdə, hər il ölkədə dünyaya gələn 150 mindən çox uşaq vətəndaşlıq hüququndan məhrum olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031