azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

11-07-2025

İyulun 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səlahiyyətli nümayəndəliyin fəaliyyətə başlamasından sonra muxtar respublikanın bütün bölgələrində, o cümlədən Kəngərli rayonunda sakinlərlə keçirilən mütəmadi görüşləri xatırladan Fuad Nəcəfli qeyd edib ki, sakinlərin problem və təklifləri kateqoriyalaşdırılaraq bu əsasda Dövlət Proqramı hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə əhəmiyyətinə və mahiyyətinə görə ən vacib dövlət sənədlərindən biridir. Dövlət Proqramında muxtar respublikanın bütün sahələrini əhatə edən prioritet istiqamətlər müəyyənləşdirilib və onların hər biri üzrə işlər davam etdirilir. Hazırda su və kənd təsərrüfatı, enerji təhlükəsizliyi, turizm, infrastruktur quruculuğu, təhsil, səhiyyə və digər sahələrdə mühüm layihələr icra edilir.

Dövlət Proqramının hazırlanmasında və icrasında yaxından iştirakına görə Kəngərli rayonunun ziyalılarına təşəkkür edən səlahiyyətli nümayəndə ictimaiyyətlə aktiv işin təşkilini vacib hesab edib, bundan sonra da mütəmadi görüşlərin keçirilməsi barədə müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlərin problem və təklifləri dinlənilib, rayonun davamlı inkişafı və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031