azturkxeber.az
http://azturkxeber.az

“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun iki tələbəsinə ombudsmanın xüsusi təqaüdü veriləcək

11-07-2025


Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün insan hüquqları üzrə müvəkkilin (ombudsman) xüsusi təqaüdü təsis edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Təqaüdün təsis edilməsi ombusdman Səbinə Əliyevanın müraciəti əsasında reallaşıb və BDU -nun Elmi şurası bununla bağlı qərar qəbul edib.

BDU və Ombudsman Aparatı arasında əməkdaşlıq bir sıra mühüm istiqamətləri əhatə edir. BDU-nun Hüquq fakültəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərin Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçmələrinə şərait yaradılır. Eyni zamanda, elmi dərəcə və zəngin təcrübəyə malik Ombudsman Aparatı əməkdaşlarının BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olmalarına imkan verilir. Bu əməkdaşlığın davamı kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.

Bu təşəbbüs tələbələrin, eləcə də magistrantların insan hüquqları sahəsində ixtisaslaşmasına, bu istiqamətdə elmi araşdırmaların aparılmasına təkan verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031