azturkxeber.az
http://azturkxeber.az

Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

11-07-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Konstitusiyası: Tarix və inkişaf yolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə də müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, habelə Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verib.

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından sonra ilk milli Konstitusiyanın qəbul olunmasından, eləcə də ölkəmizdə həyata keçirilmiş hüquqi islahatlardan bəhs olunub.

Tədbirdə, həmçinin mövzu üzrə fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031