azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şuranın sədri İsmət Səttarov Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

11-07-2025

 

 

 

 

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayelllə görüşüb.

Azturkxeber.az -a verilən məlumata görə, İsmət Səttarov qonağa Audiovizual Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib.

Şura sədri qeyd edib ki, qardaş dövlətlər olan Azərbaycan ilə Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental dəyərlər birləşdirir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. İsmət Səttarov iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Alim Bayel, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib. Səfir yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırıb. O, xüsusilə, televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlığın vacibliyini qeyd edib. O, Azərbaycan Respublikasında səfir kimi fəaliyyət göstərməkdən məmnunluq duyduğunu ifadə edərək, ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031