azturkxeber.az
http://azturkxeber.az

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib

10-07-2025

İyulun 9-da Avstriyanın paytaxtı Vyanada 9-cu OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət təşkil edilib.

Vyana Şəhər Bələdiyyəsinin tarixi binasında baş tutan tədbirə OPEC-in Baş katibi Haysam Əl-Qays ev sahibliyi edib. Enerji sahəsində nüfuzlu qonaqların iştirak etdiyi ziyafət rəsmi Seminar proqramının mühüm hissəsi sayılır və iştirakçılar üçün qeyri-rəsmi mühitdə fikir mübadiləsi və əlaqələrin gücləndirilməsi imkanı yaradır.

“Birgə yol xəritəsi: Qlobal enerjinin gələcəyi” mövzusunda keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında AZƏRTAC rəsmi media tərəfdaşı kimi iştirak edir. İyulun 10-da Seminar çərçivəsində “COP29-dan COP30-a doğru” adlı yüksəksəviyyəli panel müzakirəsi təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031