azturkxeber.az
http://azturkxeber.az

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

10-07-2025

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

İyulun 9-da “UTair” aviaşirkətinin Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Aeroportu) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.

Beynəlxalq hava limanından bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.

Təxirə salınmış uçuşun iyulun 10-da saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031