azturkxeber.az
http://azturkxeber.az

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

10-07-2025

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

“Rosselxoznadzor” iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edir.

Bu qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.

Qurumun məlumatında bildirilir ki, bundan əvvəl “Rosselxoznadzor” Rusiyaya süd məhsulları ixracını davam etdirən beş Azərbaycan müəssisəsində yoxlama aparmağa hazır olduğunu Azərbaycanın səlahiyyətli orqanlarına bildirib. Bu yoxlamaların məqsədi Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək, habelə əvvəlcə təqdim edilmiş uyğunluq zəmanətlərini qiymətləndirməkdir. Qurum həmçinin xatırladıb ki, 2024-cü ildə keçirilən yoxlamalar zamanı müəyyən pozuntular aşkar edilib və bu da qərarın qəbulunda nəzərə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031