azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında “e-rüsum” sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

10-07-2025

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin tətbiqinə dair iki günlük təlim təşkil olunub.

Maliytə Nazirliyindən bildirilib ki Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “e-rüsum” üzrə təlim-tətbiq komandasının üzvlərinin iştirakı ilə keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin və onun tabeliyində olan qurumların əməkdaşları, həmçinin muxtar respublikada dövlət rüsumlarının tutulması ilə məşğul olan aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Tədbir zamanı iştirakçılara “e-rüsum” sisteminin yaradılma zərurəti, onun qanunvericilik bazası, texniki imkanları, tətbiq mexanizmləri və istifadə qaydaları geniş şəkildə izah edilib. İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib. Eyni zamanda, sistemin tətbiqi zamanı qarşıya çıxa biləcək çətinliklər və onların həlli yolları müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031