azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10-07-2025

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.

Səfərin ilk günündə Səyyahlar Füzuli Beynəlxalq Hava limanı ilə tanış olublar. Ardına onlar işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda azad edilən Füzulidə dövlətimizin apardığı tikinti-quruculuq işlərinin şahidi olublar.

Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031