azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Ermənistan danışıqları: Nikol Paşinyanla sonuncu şans -ƏDALƏT VERDİYEV

10-07-2025

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanin baş naziri Nikol Paşinyan arasında Əbu Dabi şəhərində keçirilən ikitərəfli görüş birmənalı olaraq sülh sazişinin əldə olunması istiqamətində atılan mühüm addımdır.

Azturkxeber.az xəbər verir ki, bu sözləri Hərbi ekspert Ədalət Verdiyev öz "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Regionda geosiyasi maraqları olmayan Birləşmiş Ərəb Əmirliklərinin ərazisində görüşün bu formatda keçirilməsi sülhün əldə olunmasını sürətləndirə də bilər.

Görüşün 5 saat davam etməsi və orada iştirak edən şəxslərin siyahısı hər iki ölkə arasında mövcud olan bütün problemli məsələlərin geniş müzakirə olunduğunu göstərir.

Nəticə olaraq yaxın perspektivdə, amma Ermənistanda keçiriləcək parlament seçkilərindən bir neçə ay əvvəl , "Çərçivə Sülh Sazişi" imzalanacaq, bu sənədlə Ermənistan Zəngəzur dəhlizinin açılmasına və Minsk qrupunun ləğv olunmasına razılıq verəcək. Demarkasiya prosesi isə daha da sürətlə davam edəcək.

Bu sənədlə Ermənistan baş naziri ölkə ərazisində geniş təbliğat kompaniyasına başlayacaq. Daşnakları, revansistləri və erməni apostol kilsəsinin nümayəndələrini həbs edən Nikol Paşinyanın əli qolu bir qədər də açılacaq. Türkiyə də bu proseslərə aktiv təsir edəcək. Azərbaycan isə müxtəlif addımlarla nümayiş etdirəcək ki, Nikoldan başqa kimsə ilə müzakirə aparmaq niyyəti yoxdur. Beləliklə Nikol yenidən seçiləcək, qalan problemlər, o cümlədən Qərbi Azərbaycana qayıdış məsələləri seçkidən sonra daha aktiv müzakirələr yolu ilə həllini tapacaq. Sülh sazişi yalnız Azərbaycan tərəfinin bütün tələbləri yerinə yetiriləndən sonra imzalana bilər deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031