azturkxeber.az
http://azturkxeber.az

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

10-07-2025

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

Ötən il ərzində Çexiya hakimlərin və dövlət ittihamçılarının əməkhaqqılarının ödənilməsi məsələsində müəyyən irəliləyiş əldə edib. Məhkəmə proseslərinin müddətini qısaltmaq istiqamətində də qismən uğurlar qeydə alınıb. Avropa Komissiyasının fikrincə, bəzi sahələrdəki irəliləyişlərə baxmayaraq, Çexiyada yüksək səviyyədə korrupsiya hallarının araşdırılmasında, eləcə də media sahəsində mülkiyyət şəffaflığı məsələlərində hələ də çatışmazlıqlar mövcuddur.

Bu barədə Avropa Komissiyasının Avropa İttifaqına üzv ölkələrdə hüququn aliliyinin vəziyyətinə dair iyulun9-da dərc olunmuş illik hesabatında deyilir.

Bu baxımdan Avropa Komissiyası Çexiyaya “məhkəmə proseslərinin müddətini azaltmaq və yüksək vəzifəli şəxslərin iştirakı ilə bağlı korrupsiya işlərinin araşdırılmasının və təqibinin müstəqilliyini təmin etmək üçün əlavə tədbirlər görməyi, həmçinin maraqların toqquşması ilə bağlı qanunvericiliyə yenidən baxmağa başlamağı” tövsiyə edir.

Problemlərdən biri kimi media sahəsində mülkiyyət şəffaflığı qalır. Komissiyanın rəyinə görə, bu istiqamətdə heç bir irəliləyiş qeydə alınmayıb. “Polis jurnalistlərə qarşı edilən hücum halları ilə bağlı istintaq aparmaq üçün ciddi səylər göstərir, lakin jurnalistlərə qarşı internetdə nifrət ritorikası hələ də problem olaraq qalır”, – deyə hesabatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031